2009-cu ildə yaradılan “SOCAR-Heavy Crane” alyansı neft-qaz sənayesində ağır yüklərin qaldırılması və daşınması xidmətlərini həyata keçirir. Şirkətin xidmət sahəsinə ağır tırtıllı kranlar, avtomobil və mobil kranlar, tikinti avadanlıqları, qülləli kranlar, ağır yüklərin daşınması üçün vasitələr və hidravlik avadanlıqlar daxildir.
“SOCAR-Heavy Crane” SOCAR-ın müəssisələrinə və ya iştirakçısı olduğu müqavilələr üzrə verilən kranlara və əsas vəsaitə texniki baxış keçirir, onların təmir, bərpa və sınaq işlərini görür. Şirkət SOCAR-ın Bakı Olimpiya Stadionunun, Baş Ofis binasının, Bakı Gəmiqayırma Zavodunun, Karbamid Zavodunun inşası, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası, habelə “Yaşma Külək Enerjisi”, “Şahdəniz-2”, “Qarabağ” yatağı, Dövlət Bayrağı Meydanı kimi tamamlanmış və tamamlanmaqda olan böyük layihələrin həyata keçirilməsində yaxından iştirak edib.