2014-cü ildə yaradılan “SOCAR-Fugro” MMC dənizdə mühəndis-geoloji tədqiqat, geo-kimyəvi və stratiqrafik axtarış, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə tədqiqatların aparılması, meteoroloji proqnoz, dənizdə və quruda geofiziki, seysmik, ətraf mühit və laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, boru kəmərlərinin yoxlanılması, aparılan tədqiqatların nəticələrinin emalı və interpretasiyası kimi mühüm işləri həyata keçirir.
“SOCAR-Fugro” MMC-nin əsas sifarişçiləri arasında SOCAR (Heydər Əliyev adına NEZ, “Azərikimya” İB, “SOCAR Polymer”, UBOC), bp/ABƏŞ, JOCAP (Total), “Equinor”, “BOS Şelf”, “Saipem”, “Caspian Marine Services”, “Topaz”, “Caspian Drilling Company”, “SOCAR-Dalğıc” və digər şirkətlər var.
“SOCAR-Fugro” MMC tərəfindən "AÇG", “Şahdəniz”, “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Qarabağ və ADUA”, “Abşeron”, “Neft Daşları”, “Ümid-Babək”, “Heydər Əliyev adına NEZ-in yenidənqurması və modernizasiyası” kimi 300-dən artıq kiçik və böyük miqyaslı layihələr icra olunub.