Hörmətli namizəd!
SOCAR-da işə qəbul üzrə iştirak etdiyiniz müsabiqədə sizə müvəffəqiyyətlər arzu edirik!
Bildiririk ki,
➣ Qulluqçu (rəhbər, mütəxəssis və texniki icraçı) kateqoriyalı vakansiyalar üzrə keçirilən test imtahanında əsas və köməkçi olmaqla 4 blokdan ibarət olan ümumilikdə 40 test tapşırığı təqdim olunur:
Əsas test blokları:
- İxtisas bilikləri üzrə - 20 test tapşırığı;
- SƏTƏMM üzrə - 5 test tapşırığı.
Köməkçi test blokları:
- Məntiqi təfəkkürün yoxlanılması üzrə - 10 test tapşırığı;
- Kompüter biliklərinin yoxlanılması üzrə - 5 test tapşırığı.
İmtahanın təyinatına uyğun olaraq Köməkçi test bloklarına aşağıdakı bloklar əlavə oluna və ya əvəz oluna bilər:
- Xarici dil bilikləri üzrə - 5 test tapşırığı;
- Dövlətçilik və milli-mənəvi dəyərlərə uyğunluq - 5 test tapşırığı;
- Şirkət dəyərlərinə uyğunluq - 5 test tapşırığı.
“Köməkçi test blokları” üzrə dəyişiklik olacağı təqdirdə bu barədə sizə əvvəlcədən e-mail vasitəsilə məlumat veriləcəkdir.
Qeyd: Əsas funksiyaları köməkçi test blokları ilə eynilik təşkil edən vəzifələri üzrə imtahanlarda müvafiq köməkçi bloklar ləğv edilərək həmin bloklarda olan sual sayı qədər ixtisas suallarının sayı artırılır.
İmtahanın davametmə müddəti minimum 30, maksimum 180 dəqiqə olmaqla imtahan bloklarının sayına uyğun olaraq təyin olunur və e-mail vasitəsilə namizədlərə göndərilir.
➣ Fəhlə kateqoriyalı vakansiyalar üzrə keçirilən test imtahanında 2 blokdan ibarət olmaqla ümumilikdə 20 test tapşırığı təqdim olunur:
- "İxtisas bilikləri" üzrə - 15 test tapşırığı;
- "SƏTƏMM" üzrə - 5 test tapşırığı.
İmtahanın təyinatına uyğun olaraq aşağıdakı “Köməkçi test blokları” təqdim oluna bilər:
- Dövlətçilik və milli-mənəvi dəyərlərə uyğunluq - 5 test tapşırığı;
- Şirkət dəyərlərinə uyğunluq - 5 test tapşırığı.
“Köməkçi test blokları” üzrə dəyişiklik olacağı təqdirdə bu barədə sizə əvvəlcədən e-mail vasitəsilə məlumat veriləcəkdir.
İmtahanın davametmə müddəti minimum 30, maksimum 60 dəqiqə olmaqla imtahan bloklarının sayına uyğun olaraq təyin olunur və e-mail vasitəsilə namizədlərə göndərilir.
Test imtahan nəticələrinin qiymətləndirilməsi - test imtahanının nəticəsi bal sistemi tətbiq etməklə qiymətləndirilir. Doğru cavablandırdığınız test tapşırıqlarının hər biri 1 balla, yanlış cavablandırdığınız və ya cavablandırmadığınız test tapşırıqlarının hər biri isə 0 balla qiymətləndirilir. Nəzərə alın ki, səhv cavablandırdığınız test tapşırıqları sizin ümumi nəticənizə təsir etmir.
Test blokları üzrə minimal keçid balı - Vakansiyalar üzrə imtahanlarda təqdim olunan imtahan bloklarının minimal keçid balı aşağıdakı kimi müəyyən edilir:
➣ Qulluqçu (rəhbər, mütəxəssis və texniki icraçı) kateqoriyalı vakansiyalar üzrə:
- İxtisas bilikləri üzrə ən azı 10 bal;
- SƏTƏMM üzrə ən azı 2 bal;
- Məntiqi təfəkkürün yoxlanılması üzrə ən azı 5 bal;
- Kompüter bilikləri üzrə ən azı 3 bal.
Digər “Köməkçi test blokları” üzrə:
- Xarici dil bilikləri üzrə ən azı 2 bal;
- Dövlətçilik və milli-mənəvi dəyərlərə uyğunluq üzrə ən azı 3 bal;
- Şirkət dəyərlərinə uyğunluq üzrə - ən azı 2 bal.
➣ Fəhlə kateqoriyalı vakansiyalar üzrə :
- İxtisas bilikləri üzrə ən azı 8 bal;
- SƏTƏMM üzrə ən azı 2 bal.
Digər “Köməkçi test blokları” üzrə:
- Dövlətçilik və milli-mənəvi dəyərlərə uyğunluq üzrə ən azı 3 bal;
- Şirkət dəyərlərinə uyğunluq üzrə - ən azı 2 bal.
Nəzərə alın ki, hər hansı test bloku üzrə minimal keçid balını toplamadığınız halda həmin test imtahanı üzrə müəyyənləşdirilmiş yekun keçid balını toplamağınızdan asılı olmayaraq növbəti mərhələyə keçmirsiniz.
Test imtahanı üzrə yekun keçid balı - müvafiq imtahan üzrə müvəffəqiyyətlə keçmiş namizədlər arasından ən aşağı bal toplayan namizədin balına bərabər olan göstəricidir. İmtahanı müvəffəqiyyətlə keçmiş namizədlərin müəyyənləşdirilməsi onların topladıqları bala əsasən yuxarıdan aşağı olmaqla (reytinqə görə) həyata keçirilir.
Topladığınız ümumi bal digər namizəd(lər)in topladıqları ballar ilə eyni olduqda prioritetliyi daha yüksək olan test bloku üzrə daha çox bal toplamış namizədə üstünlük verilir. Test blokları üzrə prioritetlik aşağıdakı kimi götürülür:
- İxtisas;
- SƏTƏMM;
- Məntiq;
- Kompüter bilikləri;
- Xarici dil bilikləri;
- Dövlətçilik və milli-mənəvi dəyərlərə uyğunluq;
- Şirkət dəyərlərinə uyğunluq.
DİQQƏT!
Namizədlər şəxsiyyətini təsdiq edən müvafiq sənədlə (fotoşəkili əks olunmuş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ya hərbi bilet) və ya şəxsiyyət vəsiqəsinin elektron nüsxəsini təqdim etməklə imtahana buraxılırlar.