Şərtlər:
- Valideynlərindən biri SOCAR-da, SOCAR-ın payı olan birgə (SOCAR-ın payı 50% və artıq olan) müəssisə və ya təşkilatlarda çalışmalı;
- AR-da fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində 7 və ya 8-ci sinifdə, eləcə də, ona bərabər tutulan və təhsil müddətində fərq olan digər təhsil müəssisələri üzrə müvafiq siniflərə ekvivalent olan siniflərdə təhsil almalıdır;
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- İngilis, alman və ya rus dilini orta səviyyədə bilməlidir;
- Son 2 tədris ili müddətində qiymətləri yaxşı və ya əla (4-5 və ya 70%-dən yuxarı) olmalıdır.
Tələb olunan sənədlər:
- Məlumatlar daxil edilmiş və imzalanmış müraciət forması;
- Təhsil aldığı müəssisədən arayış;
- Doğum haqqında şəhadətnamə və şəxsiyyəti təsdiq edən sənəd (əsli və surətləri);
- Valideynin iş yerindən arayışı (SOCAR-da, SOCAR-ın payı olan birgə müəssisəsində və ya təşkilatlarda işlədiyi barədə);
- Son iki tədris ili üzrə qiymət cədvəlləri;
- Namizədin sağlamlıq haqqında tibbi arayışı;
- Test imtahanı mərhələsində iştirak üçün yeni nəsil şəxsiyyət vəsiqəsi olmayan şagirdlərin məktəbdən təqdim olunan arayışında şəklinin əks olunması tələb olunur (mütləq tələbdir).
Seçim turu (2 mərhələli):
- Dövlət İmtahan Mərkəzi tərəfindən test imtahanı (orta məktəb fənləri, məntiq və psixoloji suallar)
- Müvafiq komissiya tərəfindən keçirilən müsahibə.
! DİQQƏT
- Yaşayış, qidalanma, Almaniyada nəqliyyat və s. xərclər Uniper şirkəti tərəfindən qarşılanır. Aviabilet və viza xərci valideynlər tərəfindən ödənilir.
- Səfər ərzində tibbi sığorta Uniper şirkəti tərəfindən təmin ediləcəkdir.
- Namizədlər seçim prosesinin müsahibə mərhələsində tələb olunan sənədlərin əslini təqdim etməklə iştirak edirlər.
- Seçim müsabiqəsində bir ailədən 2 və daha çox şagird iştirak edə bilər, lakin ən yüksək nəticə göstərmiş yalnız 1 ailə üzvü seçiləcəkdir. (əkiz uşaqlar istisna olmaqla)
- SOCAR-ın payı olan birgə (SOCAR-ın payı 50% və artıq olan) müəssisə və ya təşkilatlardan müraciətlər üzrə maksimum 4 nəfər göndərilə bilər.
- Vətən müharibəsində iştirak edən SOCAR əməkdaşlarının övladlarının düşərgədə iştirakı üçün avilabilet və viza xərcləri SOCAR tərəfindən qarşılanacaqdır, həmçinin seçim müsabiqəsində bir sıra güzəştlər nəzərdə tutulmuşdur.*
* Minimal keçid balını (30%) topladığı halda
Əlavə yaranacaq suallar üçün əlaqə məlumatları:
| E-mail: | dusherge@socar.az |
| Daxili telefon nömrələri: | 10711, 10698 |