Hörmətli namizəd!
Sizə,
Ödənişli istehsalat təcrübəsi proqramı üzrə müsabiqənin test imtahanı mərhələsində 2 blokdan ibarət olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edirik:
1. "İxtisas" üzrə - 25 test tapşırığı;
2. "Məntiqi təfəkkürün yoxlanılması" üzrə - 15 test tapşırığı.
Test tapşırıqlarını cavablandırmağınız üçün 60 dəqiqə vaxt ayırırıq.
DİQQƏT!
Namizədlər şəxsiyyətini təsdiq edən müvafiq sənədlə (fotoşəkili əks olunmuş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ya hərbi bilet) və ya şəxsiyyət vəsiqəsinin elektron nüsxəsini təqdim etməklə imtahana buraxılırlar.