“İnterfaks-Azərbaycan” MMC 2002-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. 2002-ci ilin mayından “İnterfaks-Azərbaycan” MMC-nin 100% təsisçiliyi ilə “İnterfaks-Azərbaycan İnformasiya Agentliyi” MMC fəaliyyətə başlayıb.
Agentliyin yaradılmasında başlıca məqsəd Azərbaycanda baş verən prosesləri dəqiq, obyektiv və operativ şəkildə “İnterfaks”ın qlobal əməliyyat sistemi vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq, ölkəmiz haqqında həqiqətləri tam və dəqiq şəkildə yaymaq olub. Bu məqsədlə agentlik www.ifx.ru və www.interfax.az saytları vasitəsi ilə onlayn rejimində “Аzərbaycan xəbərləri” və “Новости Азербайджана” adlı xüsusi informasiya məhsulları buraxır. Hər gün agentliyin müxbirləri Azərbaycanın ictimai-siyasi və maliyyə-iqtisadi sahələrini əhatə edən 70-dən çox informasiya hazırlayır və yayımlayırlar.
Agentliyin informasiyalarına “Reuters”, “Bloomberg” kimi aparıcı dünya agentlikləri istinad edir. “İnterfaks” KİV-lər tərəfindən istinad olunma səviyyəsinə görə MDB informasiya agentlikləri arasında liderlərdəndir.