Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Haqqında


Almaniyanın UniPer şirkəti ilə SOCAR arasında 19 sentyabr 2013-cü il tarixində bağlanılmış 2014-2044-cü illəri əhatə edən qaz satışı və əməkdaşlıq sazişinə əsasən “Texniki əməkdaşlıq”, “Enerji Biznesi üzrə əməkdaşlıq”, eləcə də “İnsan Resursları və Korporativ Sosial Məsuliyyət” istiqamətlərində tərəfdaşlıq münasibətləri qurulmuşdur.

“İnsan Resursları və Korporativ Sosial Məsuliyyət” istiqaməti üzrə 2014-cü ildən etibarən (2020 və 2021-ci illər pandemiya səbəbindən istisna olmaqla) SOCAR və UniPer əməkdaşlarının orta ümumtəhsil məktəblərində 7-ci və ya 8-ci sinifdə təhsil alan övladları üçün müvafiq olaraq Almaniyanın və Azərbaycanın müxtəlif şəhərlərində yay düşərgələri həyata keçirilmişdir.

Məktəblilərin mübadiləsi proqramının məqsədi gənc nəsil üçün erkən yaşlardan Almaniya və Azərbaycanda təhsil almaq və mədəni mübadilə etmək imkanlarının yaradılması, eləcə də hər iki ölkədə mədəniyyətlərarası biliklərə malik gənc kadrların erkən yaşlarından yetişdirilməsidir. Bu istiqamətdə məktəblilər üçün iki həftə müddətində idman və asudə vaxt proqramı, alman və ingilis dili məşğələləri, mədəniyyətlərarası ünsiyyət, müxtəlif mövzularda master klasslar, Almaniya və Azərbaycanın tarixi görməli yerlərinə səfərlər, seminarlar, yaradıcı oyunlar və qrup məşğələləri keçirilir.