Please ensure Javascript is enabled for purposes of website accessibility

1996-cı ildən fəaliyyət göstərən “AZLAB” MMC-nin əsas fəaliyyət istiqamətləri Xəzər dənizindəki axtarış-kəşfiyyat və istismar quyularından kern, neft və qaz nümunələri götürərək geniş tədqiq etmək, litostratiqrafik və biostratiqrafik kəsilişlər tərtib etmək, geokimyəvi tədqiqatlar və PVT eksperimentləri aparmaqdan ibarətdir.

“AZLAB” MMC 2005-ci ildən Dübəndi terminalında Azərbaycanın ən böyük neft ehtiyatlarına malik olan “Günəşli” və “Neft Daşları” yataqlarından hasil edilən neftin, 2013-cü ildən SOCAR-ın ölkə ərazisində mövcud olan bütün terminallarında benzinin və dizelin kəmiyyət və keyfiyyətinə beynəlxalq standartlara uyğun səviyyədə nəzarəti həyata keçirir. Şirkət işçilərin sağlamlığı, təhlükəsizliyi, işin keyfiyyətlə idarə olunması, ətraf mühitin mühafizəsi məsələlərinə çox diqqətlə yanaşır və bu sahələr üzrə ISO 9001:2008, ISO 14001-2004, OHSAS 18001:2007, ISO/IEC 17025 beynəlxalq sertifikatlarına layiq görülüb.

“AZLAB” MMC neft sənayesində fəaliyyət göstərən SOCAR, "bp", “Equinor”, “Total”, “LUKoil”, “EXXON”, “Conoco Phillips”, “Karasu”, “Shirvan Oil”, “Binagadi Oil”, “Bahar Energy”, “Umid-Babek” şirkətləri ilə əməkdaşlıq edir, həmçinin Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Ukraynada fəaliyyət göstərən bir çox şirkətlərlə geniş tədqiqat işləri görür.