Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Ruslan Əlixanov

SOCAR-ın Müşahidə Şurasının üzvü

1976-cı il iyulun 9-da Bakı şəhərində anadan olub.
1992-ci ildən Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində bakalavr təhsili alıb və 1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
1995-1996-cı illərdə ABŞ-ın Missuri-Sent-Luis Universitetində, 2000-ci ildən Texas A&M Universitetində maliyyə ixtisası üzrə magistr təhsili alıb və 2002-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
1998-2000-ci illərdə Dünya Bankında Xəzər dəniz regionunda energetika, kənd təsərrüfatı və maliyyə sahələri üzrə layihə mütəxəssisi kimi fəaliyyət göstərib.
2000-2001-ci illərdə “Dell Computers” şirkətinin ABŞ ofisində strateji biznes meneceri olaraq çalışıb.
2001-2013-cü illərdə “McKinsey and Company” şirkətində müxtəlif vəzifələrdə çalışaraq həmin şirkətin Partnyoru vəzifəsinə yüksəlib.
2013-2014-cü illərdə Mərkəzi və Şərqi Avropanın ən iri nəqliyyat şirkətlərindən biri olan “FESCO” şirkətinin prezidenti vəzifəsində çalışıb.
2014-2018-ci illərdə “Argo” investisiya şirkətinə rəhbərlik edib və logistika, İT, telekommunikasiya, kənd təsərrüfatı və turizm sahələrində xüsusi vəziyyətlər və aktivlərin idarəedilməsi ilə məşğul olub.
2018-2020-ci illərdə “Boston Consulting Group” şirkətinin Partnyoru və icraçı direktoru olub, o cümlədən MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupuna (BCG TURN) rəhbərlik edib.
2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsinə təyin edilib.
2020-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü və Koordinasiya Ofisinin rəhbəri, 2022-ci ildən Azər Türk Bankın Müşahidə Şurasının sədridir.
2021-2025-ci illərdə Azərbaycan Hava Yolları və Azərbaycan Dəmir Yollarının Müşahidə Şuralarının üzvü olub.